Search past winners/finalists


  • MESA logo

Azərbaycan dili

IBA Montage

Təşkilatınızı 2024-ci il (18-cü il keçirilən) Satışlar və Müştəri Xidməti üzrə Stiv® Mükafatları (Stevie® Awards for Sales & Customer Service) üçün namizədlik irəli sürməyə dəvət edirik. Müştəri xidməti, biznesin inkişafı və satış üzrə mütəxəssislər üçün dünyanın aparıcı biznes mükafatları nüfuzlu Beynəlxalq Biznes Mükafatları (International Business Awards®) və Amerika Biznes Mükafatları (American Business Awards®) proqramlarının yaradıcıları tərəfindən verilir.

Namizədliyinizin hazırlanmasına və təqdim edilməsinə dair tam təlimatları əks etdirən müraciət dəstini almaq istəyirsinizsə, göndərməyimiz üçün e-poçt ünvanınızı bura daxil edin. Ciddi məxfilik siyasətimiz olduğu üçün e-poçt ünvanınızı hər hansı səbəbə görə heç kimlə paylaşmayacağıq.

 

Bu, cari veb-saytda bu dildə görə biləcəyiniz yeganə səhifədir. Başqa bütün səhifələr, müraciət dəstində olduğu kimi, ingilis dilindədir. Bu ona görədir ki, bizə namizədliklərin ingilis dilində təqdim edilməsi mühümdür, belə ki, dünya üzrə biznes peşəkarları seçim prosesində iştirak edə bilərlər.

Satışlar və Müştəri Xidməti üzrə Stiv Mükafatları (Stevie Awards) barədə

Satışlar və Müştəri Xidməti üzrə Stiv Mükafatları (Stevie Awards for Sales & Customer Service) dünyanın hər yerində müştəri xidməti, əlaqə mərkəzi, biznesin inkişafı və satış üzrə mütəxəssislər sahəsindəki nailiiyyətləri qeyd edir. Mükafatları təqdim edən Stevie Awards (Stiv Mükafatları) təşkilatı ABŞ-da yerləşir. Onlar səkkiz fərqli Stiv Mükafatları (Stevie Awards) müsabiqəsinin təşkilatçılarıdır və həmin müsabiqələr barədə www.StevieAwards.com ünvanında ətraflı məlumat əldə edə bilərsiniz. Stevie Awards (Stiv Mükafatları) dünyanın ən çox bəyənilən mükafatlarından birinə çevrilib.

2023-ci ildə Satışlar və Müştəri Xidməti üzrə Stiv Mükafatları (Stevie Awards for Sales & Customer Service) ABŞ-ın Nevada ştatındakı Las Veqas şəhərində baş tutmuş qala-ziyafətdə 50-dan çox dövləti təmsil edən təşkilat və fərdlərə təqdim edildi. 2023-ci il müsabiqəsi qaliblərinin siyahısını görmək üçün buraya klikləyin.

Kateqoriyalar

Satışlar və Müştəri Xidməti üzrə Stiv Mükafatları (Stevie Awards for Sales & Customer Service) müsabiqəsində seçim etmək üçün bir sıra mükafat kateqoriyaları mövcuddur. İştirak etmək istəsəniz, təşkilatınızın əldə etmək istədiyi nailiyyətlərə uyğun kateqoriyaları seçəcək və namizədliyinizi həmin kateqoriyalar üzrə təlimatlara əsasən hazırlayacaqsınız. Mövcud kateqoriyalar arasında olanlar aşağıdakılardır:

  • Satış  
    • Satış üzrə Əməkdaşlar
    • Satış Komandası
    • Satış üzrə Nailiyyətlər
    • Satışın Xüsusiyyətləri
  • Müştəri Xidməti və Əlaqə Mərkəzi
    • Müştəri Xidməti və Əlaqə Mərkəzi Əməkdaşı
    • Müştəri Xidməti və Əlaqə Mərkəzi Komandası
    • Müştəri Xidməti və Əlaqə Mərkəzinin Nailiyyətləri
    • Müştəri Xidməti Şöbəsi
    • Müştəri Xidməti üzrə Uğurlar
  • Yeni Məhsul və Xidmət
  • Həll Yolları Təchizatçısı
  • Biznesin İnkişafı

Kateqoriyaların siyahısı və izahı daxil olan məlumatlar kolleksiyasındadır.

Namizədliklərdən namizədlik müddətində namizədin qazandığı uğurları izah edən 650 sözə qədər yazılı işin, yaxud eyni təsviri verəntəxminən beş (5) dəqiqəlik video təqdim etmək tələb edilir. Namizəd fərdi şəxs, komanda, yeni məhsul və ya xidmət və ya bütün təşkilat ola bilər.

Mükafatlar

Satış və Müştəri Xidmətləri üzrə finalçılara martın 5-də məlumat veriləcək. Qaliblər daha sonra aprelin 12-də Las-Veqasda keçiriləcək qala şam yeməyində elan olunacaq. Tədbirdə qaliblərə Stevie Award kubokları, həmçinin gümüş və bürünc medallar təqdim olunacaq. .

Əlaqə

Stiv Mükafatlarının (Stevie Awards) bir çox ölkədə nümayəndəlikləri var. Bu nümayəndəliklər müsabiqələrdə iştirak etmələri üçün təşkilatları məlumatla təmin edəcək və onlara kömək edəcək. Ölkənizdə nümayəndəliyin olub-olmamasını müəyyən etmək üçün buraya klikləyin.

Siz həmçinin aşağıdakı ünvanda yerləşən təşkilatçılarla əlaqə saxlaya bilərsiniz:

Stevie Awards (Stiv Mükafatları)
10560 Main Street, Suite 519
Fairfax, ABŞ, Virginia 22030, USA
Telefon: +1 703-547-8389
Faks: +1 703-991-2397
Epoçt: help@stevieawards.com