Search past winners/finalists


  • MESA logo

Azərbaycan dili

IBA Montage

Təşkilatınızı dünyanın ən yaxşı biznes mükafatları proqramı sayılan 2024-cu il (21-ci illik ) Beynəlxalq Biznes Mükafatı (International Business Awards®) namizədliyə təqdim etməyədəvət edirik.

Namizədliyinizin hazırlanmasına və təqdim edilməsinə dair tam təlimatları əks etdirən müraciət dəstini almaq istəyirsinizsə, E-poçt ünvanınızı bura göndərin və biz onu sizə e-poçt ilə göndərək. Bizim çox ciddi məxfilik siyasətimiz var və heç bir səbəbə görə e-poçt ünvanınızı hər kəslə paylaşmayacayıq.

 

 

Bu, bu saytda bu dildə görəcəyiniz yeganə səhifədir. Başqa bütün səhifələr, müraciət dəstində olduğu kimi, ingilis dilindədir. Bu ona görədir ki, bizə namizədliklərin ingilis dilində təqdim edilməsi mühümdür, belə ki, dünya üzrə biznes peşəkarları seçim prosesində iştirak edə bilərlər.

 

Beynəlxalq Biznes Mükafatları haqqında

Beynəlxalq Biznes Mükafatları hər bir fəaliyyət sahəsində nailiyyətləri aşkar edən yeganə qlobal mükafat proqramıdır. Mükafatları təqdim edən Stiv Mükafatları təşkilatı ABŞ-da yerləşir. Biz haqqında www.StevieAwards.com səhifəsində məlumat əldə edə biləcəyiniz yeddi Stiv Mükafatları müsabiqəsinin təşkilatçısıyıq. Stiv Mükafatı kuboku, dünyanın ən nüfuzlu mükafatlarından birinə çevrilmişdir.

2023-ci idə Beynəlxalq Stevi Mükafatı (International Stevie Awards) 60-dən çox ölkədən olan təşkilatlara və fərdlərə təqdim edilib. 2023-ci il müsabiqəsi qaliblərinin siyahısını görmək üçün buraya klikləyin.

 

Kateqoriyalar

Beynəlxalq Biznes Mükafatlarında seçim etmək üçün çox növdə mükafat kateqoriyaları mövcuddur. Əgər iştirak etməyə qərar versəniz, təşkilatınızın aşkar edililməsini arzuladığınız nailiyyətlərə uyğun kateqoriyaları seçəcək və bu kateqoriyalara aid təlimatlara uyğun olaraq namizədliyinizi hazırlayacaqsınız. Mövcud kateqoriyalar arasında olanlar aşağıdakılardır:

• İlin Şirkəti Mükafatları
• İctimaiyyətlə Əlaqələr Mükafatları
• Müştəri Xidməti Mükafatları
• İnsan Resursları Mükafatları
• İnformasiya Texnologiyaları Mükafatları
• İdarəçilik Mükafatları
• Marketinq Mükafatları
• Medianın bütün növləri, o cümlədən Veb Mükafatları, İllik Hesabat Mükafatları, Tədbirlər Mükafatları və Video Mükafatları
• Biznes Nailiyyəti Mükafatları
• Yeni Məhsul Mükafatları

Kateqoriyaların siyahısı və təsviri, hər biri üçün təqdim edilmə tələbləri, müraciət müddətləri və tələb olunan hər hansı müraciət haqqı ödənişi müraciət dəstində göstərilmişdir.

Bir çox kateqoriyada özünüzün və ya təşkilatınızın uğurları barədə seçdiyiniz kateqoriyada beş (5) dəqiqəyə qədər video göndərə və ya kateqoriyanızın suallarına yazılı cavablar verə bilərsiniz.

 

Mükafatlar

2024-cu ilin Beynəlxalq Stevi Mükafatı (International Stevie Awards) qalibləri 14 avqustda elan ediləcək. Sonradan, Stevie Award kubokları və Gümüş və Bürünc medalları oktyabrda Avropada təşkil edilən mərasimdə təqdim ediləcək.

 

Əlaqə

Xahiş edirik, Beynəlxalq Biznes Mükafatları və ya digər Stiv Mükafatları proqramlarından birinə aid suallarınız olarsa, bizimlə əlaqə saxlayın.

The Stevie Awards
10560 Main Street, Suite 519
Fairfax, Virginia 22030, ABS
Telefon: +1 703-547-8389
Faks: +1 703-991-2397
Epoçt: help@stevieawards.com